Məzmuna keç

Adi armud

Vikipediya, azad ensiklopediya
Adi armud
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.

Şərqi Avropadan Qərbi Asiyaya qədər yayılmışdır. Ermənistan və İranda geniş arealı vardır.

Botaniki xarakteristikası

[redaktə | vikimətni redaktə et]

Hündürlüyü 20 m və daha çox olan, piramidal çətirli, qalıntəhər budaqlı ağacdır. Budaqların qabığı boz, iynələrlə örtülmüşdür. Cavan zoğları açıq qonur və tükcüklü, sonradan çılpaq olur. Tumurcuqları çılpaq, qısa-ellipsvari, sarımtıl-qonurdur. Xırda və ya kifayət qədər iridir. Yarpaqları yumru-rombvari, uzunluğu 8,5 sm-dək və eni 5 sm, ucu biz, yaşıl və üstü parlaq, alt tərəfi bir az keçəli, kənarları dişlidir. Çiçəkləri çox iri, 7–10 ədəd qalxanlara yığılmışdır. Meyvələri tək-tək və ya qalxanlarda yerləşəndir. Basıq kürəvi hamardır və ya armudvaridir, diametri 3 sm olub, iri, qalın kasacıqlıdır. Meyvələri avqust-sentyabr ayları arasında yetişir.

İşıqlı enliyarpaqlı meşələrdə, daşlı-qayalı quru yamaclarda, dəniz səviyyəsindən aşağı və orta dağ qurşaqlarında rast gəlinir.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

Kiçik Qafqazda-Zəngilan rayonu ərazisində təbii halda yayılmışdır.

Dekorativ çiçəklərə malikdir. Tək əkinlərdə istifadəsi məqsədyönlüdür.

Homotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Malus communis (L.) Poir.
  • Sorbus pyrus Crantz

Yarımnövləri

[redaktə | vikimətni redaktə et]
  1. ↑ Carolus Linnaeus. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 479.