Məzmuna keç

Leanor Andrade

Vikipediya, azad ensiklopediya
Leanor Andrade
port. Leonor Margarida Coelho Andrade
Ümumi məlumatlar
Doğum tarixi 13 sentyabr 1994(1994-09-13) (32 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, kino aktrisası
Fəaliyyət illəri 2014-cü ildən
Janr pop musiqisi
Musiqi alətləri piano
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leonor Andrade (13 sentyabr 1994, Barreyru) — Portuqaliya müğənnisi və aktrisası. 2015-ci ildə Vyana şəhərində keçirilən Avroviziya-2015 mahnı müsabiqəsində Portuqaliyanı "Há um mar que nos separa" mahnısı ilə təmsil etmişdir.[1]

Leonor Andrade 13 sentyabr 1994-cü ildə anadan olmuşdur.[2][3] 2014-cü ildə Andrade "Səs" teleşousunun Portuqaliya versiyası olan "The Voice Portugal" layihəsinin ikinci mövsümündə iştirak etmişdir. O, layihənin 13-cü buraxılışında yarışı tərk etmişdir. Musiqi layihəsindən sonra Andrade aktrisa kimi özünü sınayaraq "Aqua-de-Mar" serialında Juana Luş rolunu canlandırmışdır.[4]

"The Voice Portugal" layihəsindəki iştirakı

[redaktə | vikimətni redaktə et]
Müsabiqə mərhələsi Tamamlanmış kompozisiya Orijinal sənətkar Nəticə
Kor dinləmələr «Feeling Good» Nina Simone Leonor Anselmo Ralfın komandasına qoşulmuşdur
Döyüşlər «It's a Man's Man's Man's World»

(vs Джессики Киприано)

Ceyms Braun Mentor tərəfindən xilas edilmişdir
İlk birbaşa efir «I Put a Spell on You» Nina Simone Saxlanılmışdır (İzləyicilərin Seçimi)

19 fevral 2015-ci il tarixində Andradenin "Há um mar que nos separa" mahnısı ilə "Festival da Canção" musiqi müsabiqəsinin on iki iştirakçısından biri olduğu elan edilmişdir.[5] 7 mart 2015-ci il tarixində o, bu yarışmada qalib gəlmiş və beləliklə, Avroviziya-2015 mahnı müsabiqəsində Portuqaliyanı təmsil etmək hüququ qazanmışdır.[1][6]

  1. 1 2 "Stories - Eurovision Song Contest". 8 may 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2016.
  2. ↑ "Леонор Андраде представит Португалию на Евровидении 2015". Eurovision. 29 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2019.
  3. ↑ "EBU. Retrieved 19 March 2015". 19 mart 2015 tarixində arxivləşdirilib.
  4. ↑ "Concorrentes de «The Voice Portugal» juntam-se ao elenco de «Água de Mar» | SAPO Mag". 4 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2016.
  5. ↑ "Stories - Eurovision Song Contest". 6 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2016.
  6. ↑ "Portugal: Leonor Andrade Has Won — Eurovoix". 10 mart 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2016.