Qaymaq
Görünüş
Bu məqaləni vikiləşdirmək lazımdır. |

Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir.
Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmçinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Kateqoriyalar:
- Süd məhsulları
- Mərkəzi Asiya mətbəxi
- Azərbaycan mətbəxi
- Türkiyə mətbəxi
- Türk dilində sözlər və ifadələr
- Albaniya mətbəxi
- Məzələr
- Bolqarıstan mətbəxi
- Bosniya və Herseqovina mətbəxi
- Hindistan mətbəxi
- Xorvatiya mətbəxi
- İraq mətbəxi
- Dadlıqlar
- Qazaxıstan mətbəxi
- Qırğızıstan mətbəxi
- Özbəkistan mətbəxi
- Pakistan mətbəxi
- Başqırdıstan mətbəxi
- Tatarıstan mətbəxi
- Serbiya mətbəxi
- Şimali Makedoniya mətbəxi
- Tacikistan mətbəxi