Qeys
| Qeys | |
|---|---|
| Etnik mənsubiyyət | ərəb |
| Nisbə | əl-Qeysi |
| Yer | ilk vaxtlar Tihamə, sonradan Ərəbistan yarımadasının müxtəlif yerləri və Bəhreyn |
| Əcdadı | Qeys Əylan ibn Mudar |
| Qolları | Qətafan Bəhilə Əşcə Əbs Zübyan Mühərib Ənmar Fəzarə İkrimə Məzin Həvazin Süleym Bənu Səqif Səsaa Bənu Amir Hilal |
| Dili | ərəb dili |
| Dini | bütpərəstlik, İslam |
Qeys (ərəb. قيس) və ya Qeys Əylan (ərəb. قيس عيلان) — Ədnanilərə mənsub qəbilə konfederasiyası.
Mənşəyi
[redaktə | vikimətni redaktə et]Qəbilənin əcdadı olan Qeys Əylan ibn Mudar, Ədnanın nəslindəndir.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Əmr ibn Lüheyyin ölümündən sonra yerinə keçən oğlu Kəbin dövründə, Məkkənin idarəetməsini ələ keçirmək üçün şəhərə hücum edən Qeys qəbiləsi, istəyinə nail ola bilməmiş və geri çəkilmək məcburiyyətində qalmışdır.
Məhəmmədin peyğəmbəriliyinin ilk illərində Mədinəyə hücumlar təşkil edib, Xəndək döyüşündə iştirak etsələrdən sonradan Məhəmmədin siyasi gedişləri sayəsində qəbilənin Əşcə, Fəzarə və Süleym qolları İslamı qəbul etmiş və Məkkənin fəthində iştirak etmişlər. Daha sonra növbəli şəkildə Həvazin, Səqif və Qeysin digər qolları İslamı mənimsəmişlər. Lakin Məhəmmədin vəfatdan sonra Ərəbistanı bürüyən Riddə hadisələrinə qoşulmuş və Tuleyhə kimi şəxslərə dəstək vermişlər. Əbu Bəkrin qısa bir vəziyyətdə nəzarəti ələ almasından sonra, onlar da, mərkəzi hakimiyyətə tabe olmuşlar.[1]
Osmanının evinin mühasirəyə aldığı vaxt köməyə gələn qüvvələrin tərkibində Qeyslilər də olmuş, Cəməl və Siffində isə hər iki tərəfdə də döyüşmüşlər. Xarici üsyanlarına qoşulmayan Qeys qəbiləsi, Əməvilər dövründə bəzən mərkəzi hakimmiyyəti, bəzən də onlara qarşı olan qüvvələri dəstəkləmişlər.
Abbasilər dövründə siyasətdə aktif rol oynamayan Qeys qəbiləsi, müxtəlif lokal üsyan və qarşıdurmalarda iştirak etmiş və əzəli rəqibləri Kəlb qəbiləsi ilə olan mübarizələrini davam etdirmişlər. Qeys ilə Kəlb arasındakı rəqabət və bununla əlaqəli toqquşmalar Şimali Afrika və Əndəlüsdə baş vermiş, Osmanlı imperiyası dövründə isə Fələstin və Livanda davam etmişdir.[1]
İnancı
[redaktə | vikimətni redaktə et]Qəbilənin əcdadı Qeysin hənif olduğu haqqında bir hədis rəvayət edilsə də,[2] qəbilənin bütün qolları bütpərəst olmuşdur. Bu qollardan Qətafan Uzzaya, Həvazin isə Cihar ilə Zül-Xaləsəyə sitayiş edirdi. Siriusa da sitayiş edən Qeys qəbiləsi, Kəbənin və həcc ziyarətinin müqəddəs olduğuna da inanırdı.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 3 4 TDV İslâm Ansiklopedisi (türk). XXV. Ankara: TDV İslâm Araştırmaları Merkezi. 2022. 91–92. 3 iyun 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2026.
- ↑ Heysəmi, Nurəddin. Məcməuz-zəvaid (ərəb). X. Beyrut. 1967. 49.