Quşeyri
| Quşeyri | |
|---|---|
| ərəb. عبد الكريم القشيري | |
| Doğum tarixi | 1 avqust 986 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 30 dekabr 1072[2] (86 yaşında) |
| Vəfat yeri | |
| Elm sahələri | fiqh, sufilik, kəlam, İslam, islam etiqad məzhəbləri[d], Şəriət, təfsir, hədis elmi, poeziya |
| Tanınmış yetirmələri | Nizamülmülk, əl-Bəğavi |
Əbül-Qasım Zeynül-İslam Əbdülkərim ibn Həvazin ibn Əbdilməlik əl-Quşeyri (ərəb. القشيري; 1 avqust 986, Ustuva[d], Böyük Xorasan[1][2] – 30 dekabr 1072[2], Nişapur, Böyük Xorasan) — sufi, kəlam, təfsir və hədis alimi.
Həyatı
[redaktə | vikimətni redaktə et]Quşeyri hicri 376-cı (986) ildə Ustuvanın Quşan qəsəbəsində anadan olub. Ərəb dili və ədəbiyyatı biliklərini Əbül-Qasım əl-Yəmanidən alıb. Əbu Əli əd-Dəqqaqa müridlik etmək istəsə də, Əbu Əli əd-Dəqqaq ona elm öyrənməyi məsləhət görüb.[3]
Bundan sonra Quşeyri Əbu Bəkr Məhəmməd ət-Tusi, İbn Furək və Əbu İshaq əl-İsfərayiniyə tələbəlik edib. Baqillaninin əsərlərini oxuyaraq Əşariliyi mənimsəyib. Təsəvvüf sahəsində özünü inkişaf etdirib və əd-Dəqqaqın qızı Fatimə ilə evlənib.
Eyni zamanda Hakim ən-Nisaburi, Əbül-Hüseyn əl-Həffaf, Əbu Nuaym əl-İsfərayini,[4] Əbu Bəkr Əbdus əl-Müzəkki, Əbül-Həsən əl-Əhvazi kimi mühəddislərin dərslərində iştirak edib. Xətib Bağdadi və başqaları ondan hədis rəvayət ediblər. Mürşidi Dəqqaqın ölümündən sonra Məhəmməd ibn Hüseyn əs-Süləmiyə intisab edib. Həcc ziyarətinə yollanıb və oradakı alimlərdən hədis dinləyib.
Toğrul bəyin vəziri Künduriyə qarşı Əşariliyi müdafiə edən fətva verib və dərslər verməyə başlayıb. Bundan sonra Künduri tərəfindən təqib edilən Quşeyri Rəis əl-Furati ilə birlikdə Nişaburdakı qədim qalaya həbs edilib. Lakin Əbu Səhl Məhəmməd ibn Hebətullahın qalaya hücum etməsi nəticəsində xilas olub. Kündurinin təzyiqləri o edam edilənə qədər davam edib.
Quşeyri Kündurinin edamından sonra Nişaburda dərs deməyə davam edib və Tus, Əbivərd, Mərv kimi şəhərlərə səfərlər edib.
Quşeyri hicri 465-cı (30 dekabr 1072) ildə Nişaburda vəfat edib.[4]
Quşeyri "Lətaifül-işarət", "ər-Risalə", "ət-Təhbir fit-təzkir" və başqa əsərlərin müəllifidir.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Али-заде, Айдын Ариф оглы. Кушайри Абд аль-Карим (rus.). // Исламский энциклопедический словарь. Москва: Ансар. 2007. С. 445.
- 1 2 3 4 Encyclopaedia of Islam, Encyclopédie de l’Islam (fr.). 1986. P. 526.
- 1 2 Uludağ, Süleyman. "Kuşeyri, Abdülkerim b. Hevazin". TDV İslâm Ansiklopedisi (türk). 2002. Archived from the original on 12 fevral 2026. İstifadə tarixi: 10 fevral 2026.
- 1 2 Zəhəbi, Şəmsəddin. Siyəru Aləmin-Nubəla (ərəb). XVIII. 227. 19 aprel 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2026.