Ubisoft Reflections
| Ubisoft Reflections | |
|---|---|
| | |
| Ümumi məlumatlar | |
| Tipi | ictimai məhdud məsuliyyətli şirkət[d] |
| Sənaye | videooyun sənayesi[d] |
| Təsis tarixi | 1984 |
| Baş qərargahın yeri | |
| Struktur | |
| Ana şirkət | Ubisoft |
| reflections.ubisoft.com/… | |
"Ubisoft Reflections Limited" – videooyunların istehsalı üzrə ixtisaslaşmış şirkət. 1984-cü ildə Birləşmiş Krallığın Nyukasl-apon-Tayn şəhərində "Reflections" adı altında təsis edilmişdir. Studiya əsasən yarış oyunlarının hazırlanması üzrə fəaliyyət göstərir və şirkətin ən tanınmış layihəsi "Driver" oyun seriyası hesab olunur. "Reflections" şirkəti 1998-ci ildə "GT Interactive" tərəfindən satın alınmış, daha sonra isə 2006-cı ildə "Ubisoft"a satılmışdır. Şirkət oyunların istehsalı prosesində "Ubisoft Leamington" studiyası ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Martin Edmondson və Nikolas Çemberlen 1984-cü ildə "Reflections" qrupunun tərkibində "BBC Micro" platforması üçün oyunların istehsalına başlamışdılar.[1] Onların ilk layihəsi "Paperboy" oyununun klonu olan və "Paper-Round" adlandırılan oyun olmuşdur. Bu layihənin istehsalı iki il vaxt aparsa da, oyun heç vaxt işıq üzü görməmişdir. Sözügedən oyun üzərində çalışdıqları müddətdə onlar 1986-cı ildə "Superior Software" nəşriyyatçısı tərəfindən buraxılan və onların nəşr olunmuş ilk oyunu hesab edilən "Ravenskull" layihəsinin istehsalına başlamışdılar. Bunun ardınca, 1987-ci ildə "Codename: Droid" oyunu nümayiş olunmuş və "Stryker's Run" oyununun "Acorn Electron" platforması üçün adaptasiyası həyata keçirilmişdir.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Lewis Packwood. "Which Games are Made in the UK?" (ingilis). Kotaku UK. 2 fevral 2018. 7 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2018.
- ↑ "Profile" (ingilis). A&B Computing. 1988-10.