Fridrix Merts
Bu səhifədə iş davam etməkdədir. |
| Fridrix Merts | |
|---|---|
| alm. Friedrich Merz | |
| | |
Vəzifədədir | |
| 6 may 2025-ci ildən | |
| Əvvəlki | Olaf Şolts |
Vəzifədədir | |
| 22 yanvar 2022-ci ildən | |
| Əvvəlki | Armin Laschet |
Vəzifədədir | |
| 25 mart 2025-ci ildən | |
Vəzifədədir | |
| 26 oktyabr 2021-ci ildən | |
| 10 noyabr 1994 – 27 oktyabr 2009 | |
| 29 fevral 2000 – 24 sentyabr 2002 | |
| 25 iyul 1989 – 18 iyul 1994 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 11 noyabr 1955[1][2] (70 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili | |
| Fəaliyyəti | siyasətçi, lobbyist, menecer, vəkil |
|
|
|
| Təltifləri |
|
|
|
|
| friedrich-merz.de | |
İohaim-Fridrix Martin Yozef Merz (alm. Joachim-Friedrich Martin Josef Merz; 11 noyabr 1955[1][2], Arnsberq[d], Şimali Reyn-Vestfaliya[2]) — 6 may 2025-ci ildən etibarən Almaniya kansleri vəzifəsində çalışan alman siyasətçisi. O, 2022-ci ilin yanvarından Xristian Demokrat İttifaqının sədri, 2022-ci ilin fevralından 2025-ci ilin mayına qədər Bundestaqda müxalifət lideri qismində parlament fraksiyasına rəhbərlik etmişdir.
Merz Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətindəki Brilon şəhərində anadan olub. 1972-ci ildə o, "Almaniya Gənclər İttifaqı"na (Young Union) qoşulub. 1985-ci ildə, hüquq təhsilini başa vurduqdan sonra o, hakim və korporativ hüquqşünas kimi fəaliyyət göstərib. 1989-cu ildə Avropa Parlamentinə seçildikdən sonra bütün diqqətini siyasətə yönəldib.
1970-ci və 1980-ci illərdə gənc bir siyasətçi kimi Merz, Almaniya Federativ Respublikasında dominant siyasi doktrina və Xristian Demokrat İttifaqının təməl prinsiplərindən biri olan antikommunizmin qəti tərəfdarı idi.[3] O, "Daha çox kapitalizm" ("Mehr Kapitalismus wagen") adlı kitabında iqtisadi liberalizmi müdafiə edir. Bir müddət xidmət etdikdən sonra o, Bundestaqa seçildi və orada Xristian Demokrat İttifaqı daxilində maliyyə siyasəti üzrə aparıcı mütəxəssis kimi özünü təsdiqlədi. O, 2000-ci ildə, Angela Merkelin XDİ-nın sədri seçildiyi həmin ildə, parlament fraksiyasının sədri seçildi. O vaxt onlar birlikdə müxalifətə rəhbərlik edən partiyada liderlik uğrunda əsas rəqiblər idilər.[4][5]
2002-ci il Federal seçkilərindən sonra Merkel parlament fraksiyasının sədri vəzifəsini öz üzərinə götürdü, Merz isə fraksiya sədrinin müavini seçildi. 2004-cü ilin dekabrında o, bu vəzifədən istefa verdi və bununla da Merkel ilə illərdir davam edən hakimiyyət mübarizəsinə son qoydu,[6] və tədricən siyasətdən uzaqlaşaraq, diqqətini hüquq sahəsindəki karyerasına yönəltdi. O, 2009-cu ildə parlamenti tamamilə tərk etdi, lakin 2021-ci ildə yenidən parlamentə qayıtdı.
2004-cü ildə o, "Mayer Brown" şirkətində baş hüquq məsləhətçisi, bank və maliyyə sahələrində ixtisaslaşdı. O, bir sıra şirkətlərin idarə heyətində təmsil olunub. Korporativ hüquqşünas kimi fəaliyyəti və milyonlarla ölçülən sərvəti ilə yanaşı, Merz həm də lisenziyalı pilotdur.[7][8]
2018-ci ildə o, siyasətə qayıtdığını elan etdi. 2021-ci ilin dekabrında XDİ-nın sədri seçildi və 2022-ci ilin yanvarında bu vəzifənin icrasına başladı.[9] Daha əvvəl o, bu vəzifəyə iki dəfə, 2018-ci ildə və 2021-ci ilin yanvarında, uğursuz cəhd etmişdi.[10][11] 2024-cü ilin sentyabrında, gələn il keçiriləcək Federal seçkilər ərəfəsində, o, Almaniya kansleri vəzifəsinə namizəd oldu.[12][13]> Merz 2025-ci il mayın 6-da kansler seçildi.
Kansler kimi o, maliyyə intizamının və sərhəd təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş addımlar atıb. Xarici siyasət baxımından o, Avropa İttifaqının, NATO-nun və liberal beynəlxalq nizamın qəti tərəfdarıdır. O, özünü "əsl avropalı və dünyaya açıq olan bir alman" kimi təsvir edib.[14] Merz daha sıx bir birlik və "Avropa ordusu"nun yaradılmasının tərəfdarıdır.[15] Donald Trampın ikinci prezidentlik müddəti başlamazdan əvvəl o, tez-tez "həddindən artıq Amerika yönümlü" siyasətçi kimi xarakterizə olunurdu.[16] O, həmçinin keçmişdə Almaniya-Amerika dostluğunu gücləndirmək və atlantizmi təşviq etmək məqsədi daşıyan "Atlantik-Brücke" ("Atlantik Körpüsü") təşkilatına rəhbərlik etmişdir.[17][18][19]
Erkən həyatı və təhsili
[redaktə | vikimətni redaktə et]Yoaxim-Fridrix Martin Yozef Merz 1955-ci il noyabrın 11-də Qərbi Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Brilon şəhərində, Yoaxim Merz və Paula Sovinyinin ailəsində anadan olub.[20] 1924-cü il yanvarın 7-də anadan olmuş atası Yoaxim Merz təqaüdçü hakimdir və Xristian Demokrat İttifaqının üzvü olub.[21] Sovinyi ailəsi Brilonda tanınan, fransız mənşəli nüfuzlu bir ailə idi. Anası tərəfdən babası, 1937-ci ildə Nasist Partiyasına qoşulmuş Brilon meri Yozef Paul Sovinyi olub. Merz katolikdir.[22][23] Onun üç bacı-qardaşından ikisi erkən yaşda vəfat edib: kiçik bacısı 21 yaşında yol qəzasında, qardaşı isə 50 yaşına çatmamış dağınıq skleroz xəstəliyindən dünyasını dəyişib.[24]
1966-cı ildən 1971-ci ilə qədər Merz Brilondakı "Petrinum" gimnaziyasında təhsil alıb, lakin intizam səbəbindən oradan xaric edilib.[25] Daha sonra Ryutendəki "Friedrich-Spee" gimnaziyasına keçib və 1975-ci ildə oranı tamamlayıb.[26] 1975-ci ilin iyulundan 1976-cı ilin sentyabrına qədər Merz Almaniya Ordusunun Artilleriya bölməsində əsgər kimi hərbi xidmət keçib.[27][28] 1976-cı ildən etibarən o, Konrad Adenauer Fondunun təqaüdü ilə əvvəlcə Bonn Universitetində, daha sonra isə Marburq Universitetində hüquq təhsili alıb. 1985-ci ildə hüquq təhsilini başa vurduqdan sonra Saarbrükendə rayon məhkəməsi hakimi kimi fəaliyyətə başlayıb.[29] 1986-cı ildə o, bu vəzifədən ayrılaraq, 1986–1989-cu illər ərzində Bonn və Frankfurtda Almaniya Kimya Sənayesi Assosiasiyasında korporativ vəkil (hüquqşünas) kimi çalışıb.[30]
Erkən siyasi karyerası
[redaktə | vikimətni redaktə et]1972-ci ildə, on yeddi yaşında ikən o, Xristian Demokrat İttifaqının gənclər qanadı olan "Gənc İttifaq"ın (Young Union) üzvü oldu. 1980-ci ildə isə o, "Gənc İttifaq"ın Brilon bölməsinin sədri vəzifəsinə gəldi.[20]
Avropa Parlamentinin üzvü (1989–1994)
[redaktə | vikimətni redaktə et]Merz 1989-cu ildə Avropa Parlamentinə seçkilərdə uğur qazandı və 1994-cü ilə qədər, bir müddət ərzində Avropa Parlamentinin üzvü kimi fəaliyyət göstərdi. O, İqtisadi və Monetar Məsələlər Komitəsinin üzvü idi, həmçinin Malta ilə əlaqələr üzrə parlament nümayəndə heyətində təmsil olunurdu.
Bundestaq üzvü (1994–2009)
[redaktə | vikimətni redaktə et]1994-cü il Almaniya federal seçkilərindən başlayaraq, o, öz seçki dairəsi olan Hochsauerlandı təmsil edən Bundestaq üzvü idi. İlk səlahiyyət müddəti ərzində o, Maliyyə Komitəsinin üzvü olub. 1998-ci ilin oktyabrında Merz sədr müavini, 2000-ci ilin fevralında isə — Volfqanq Şoybledən sonra parlament fraksiyasının sədri oldu. 2002-ci il seçkiləri ərəfəsində Edmund Ştoyber Merzi öz "kölgə kabinetinə" təyin etdi. Bu kampaniya ərzində Merz Ştoyberin maliyyə bazarları və federal büdcə üzrə eksperti qismində çıxış edirdi.[31] Ştoyberin seçkilərdə məğlub olmasından sonra parlament fraksiyasının rəhbərliyi Angela Merkelə keçdi, Merz isə 2004-cü ilə qədər fraksiya daxilində rəhbər vəzifədə fəaliyyətini davam etdirdi. 2002–2004-cü illər ərzində o, Merkelin rəhbərliyi altında — Xristian Demokrat İttifaqının milli icraiyyə komitəsində təmsil olunurdu.[6]
Özel sektorda karyerası (2009–2018)
[redaktə | vikimətni redaktə et]Siyasətdən ayrıldıqdan sonra Merz korporativ hüquqşünas kimi fəaliyyət göstərib. 2004-cü ilə qədər isə o, "Kornelius Bartenbah Haesemann" şirkətində baş hüquq məsləhətçisi olub,[32] 2004-cü ildən etibarən "Mayer Brown" şirkətinin Düsseldorf ofisində baş hüquq məsləhətçisi işləyib[33] və burada korporativ maliyyə komandasında çalışıb. Vəkil və direktorlar şurasının üzvü kimi işi onu milyonçuya çevirdi.[34] O, həmçinin korporativ idarə heyətlərində yüksək vəzifələr tutub.
2012-ci ildə o, Şimali Reyn-Vestfaliya ştat seçkiləri ilə əlaqədar Norbert Röttgenin seçki kampaniyasına qoşulub və iqtisadi siyasət üzrə müşavir kimi fəaliyyət göstərib.[35] 2012 və 2017-ci illərdə Merz Almaniya Prezidentini seçmək məqsədilə çağırılan Federal Konvensiyada Xristian Demokrat İttifaqını təmsil edən nümayəndə qismində iştirak edib.[36][37]
2017-ci ilin noyabrında Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Armin Laşet Merzi Brexit və Transatlantik əlaqələr üzrə müvəkkili təyin etdi, bu, ödənişsiz məsləhətçi vəzifəsi idi.
Siyasətə qayıdışı
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Stammdaten aller Abgeordneten des Deutschen Bundestages (alm.). (İstifadə tarixi: 13 aprel 2018).
- 1 2 3 4 Store norske leksikon (buk.). ISSN 2464-1480. (İstifadə tarixi: 17 oktyabr 2026).
- ↑ Conservative contenders vie to overturn Merkel's centrism
- ↑ Huggler, Justin. "Merkel rival Friedrich Merz emerges as surprise early frontrunner to succeed chancellor". The Telegraph. 31 oktyabr 2018. 31 oktyabr 2018 tarixində arxivləşdirilib.
- ↑ "Der Männerbund"
- 1 2 "Enthüllung: Wie Merkels und Merz' Feindschaft begann"
- ↑ "Ex-CDU-Star Friedrich Merz: Ganz unten"
- ↑ Hat Friedrich Merz wirklich zwei Flugzeuge?
- ↑ Die große Zeitenwende ist eine Chance für die CDU
- ↑ Delegierte wählen Laschet zum neuen Parteichef
- ↑ Germany: 3 candidates as Merkel’s party chooses new leader
- ↑ German exit polls: Clear win for Merz's centre-right CDU/CSU
- ↑ Friedrich Merz: Risk-taker who flirted with far right
- ↑ „Wir brauchen Aufbruch und Erneuerung, keinen Umsturz“
- ↑ "Time to wake up: We are deeply concerned about the future of Europe and Germany".
- ↑ Friedrich Merz: Who is Germany’s election winner and how will he fare against AfD leader Alice Weidel?
- ↑ "Time to wake up: We are deeply concerned about the future of Europe and Germany"
- ↑ Rights Should Guide Welfare ‘Reform’ Debate in Germany
- ↑ Friedrich Merz erreicht historisch geringste Zustimmung für einen Bundeskanzler
- 1 2 "Friedrich Merz: Dieser Kandidat passt nicht auf einen Bierdeckel"
- ↑ "Parteien: Friedrich Merz' Vater verlässt die CDU im Groll"
- ↑ Can Friedrich Merz still fix Germany?
- ↑ Weil ein freier Zugang zu unabhängiger Presse für alle wichtig ist
- ↑ Im TV-Duell spricht Friedrich Merz über private Verluste
- ↑ Interview aus dem Jahr 2000: "Es gab auch mal einen anderen Friedrich Merz".
- ↑ "Porträt des CDU-Politikers: Die Ideen des Merz"
- ↑ Haben Sie eigentlich gedient, Herr Merz?
- ↑ "Friedrich Merz im Interview: "Worte reichen nicht: Wir müssen die Zeitenwende mit Leben füllen""
- ↑ Friedrich Merz is Federal Chancellor of the Federal Republic of Germany.
- ↑ "Fridrix Merz - Atlantik-Brücke"
- ↑ Stoiber-Team ohne Kompetenz bei den Staatsfinanzen
- ↑ Politik: Friedrich Merz
- ↑ [https://web.archive.org/web/20120406104045/http://www.mayerbrown.com/lawyers/profile.asp?hubbardid=M480617703 Friedrich Merz Partner]
- ↑ Long march: The man who would be chancellor: Merz's delayed political comeback"
- ↑ "Merz soll Wirtschaftskompetenz zeigen: Der "alte Freund" und das Nicht-Comeback"
- ↑ 15. Bundesversammlung
- ↑ Regierungsjob für Friedrich Merz
- 11 noyabrda doğulanlar
- 1955-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Arnsberqdə doğulanlar
- Marburq Universitetinin məzunları
- Bonn Universitetinin məzunları
- Ukraynanın I dərəcəli Knyaz Yaroslav Mudrı ordeninin kavalerləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- XXI əsr siyasətçiləri
- Almaniya hüquqşünasları
- Almaniya siyasi xadimləri
- Almaniya siyasətçiləri
- Almaniya siyasi partiyalarının üzvləri
- Vəzifədə olan dövlət rəhbərləri
- XX əsr hüquqşünasları
- XXI əsr hüquqşünasları
- Almaniya antikommunistləri