Manuel Noyer
| Manuel Noyer | ||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| alm. Emanuel Neuer | ||||||||||||||||||||||||||||
| | ||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||
| Tam adı | Manuel Neuer | |||||||||||||||||||||||||||
| Ləqəbi | Manu | |||||||||||||||||||||||||||
| Doğum tarixi | 27 mart 1986[1][2][…] (40 yaş) | |||||||||||||||||||||||||||
| Doğum yeri | ||||||||||||||||||||||||||||
| Vətəndaşlığı |
|
|||||||||||||||||||||||||||
| Boyu | 1,93 m | |||||||||||||||||||||||||||
| Çəkisi | 92 kq | |||||||||||||||||||||||||||
| Mövqeyi | Qapıçı | |||||||||||||||||||||||||||
| Əsas ayağı | Sağ | |||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||
| Klub |
|
|||||||||||||||||||||||||||
| Nömrəsi | 1 | |||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||
Manuel Pitr Noyer (27 mart 1986[1][2][…], Gelzenkirxen, Şimali Reyn-Vestfaliya[3]) — alman qapıçı. Avropanın ən yaxşı qapıçısı (2011, 2013, 2014, 2015, 2016). Münhenin Bavariya klubunun və Almaniya milli yığmasının əsas qapıçısıdır.
Klub karyerası
[redaktə | vikimətni redaktə et]Noyer 4 yaşından "Şalke 04"ün məktəbində futbolla məşğul olmağa başlayıb. 2003-cü ildə 16 yaşlı qapıçı Regional liqada "Şalke 04"ün ehtiyat komandasında oynamağa başladı, lakin elə onunla birlikdə bütün mövsümü keçirdiyi (2002/03 mövsümündə Regional liqa sistemi Almaniya liqasının sistemində çətinliyə görə indiki kimi 4-cü yox, 3-cü yerdə idi) 4-cü alman divizionuna düşür.
2005/06 mövsümündə ilk dəfə olaraq ehtiyat qapıçı kimi komandaya çağırılır, əsas yeri o zaman Frank Rost tuturdu. Buna baxmayaraq Manuel Bundesliqada yalnız 2006-cı ilin avqustunda Alemaniya Aaxen FK (1:0) ilə oyunda debüt edə bilir. Bundan az sonra 10-cu turda "Bavariya" (2:2) ilə matçda oynuyur və bu matçda onun oyunu helzenkirxenlilərin baş məşqçisi Mirko Slomkanın diqqətini cəlb edir, o komandanın əsas qapıçısı olur, nəticədə Rost Hamburqa transfer olur. Ümumiyyətlə Noyer 2006/07 mövsümündə "Şalke 04" klubunda 26 matç keçirib.
5 mart 2008-ci ildə pley-off mərhələsinin birinci turunda o demək olar ki, Portu FK-a qarşı tək mübarizə aparır, bir neçə seyv reallaşdıraraq oyunu penaltilər seriyasına qədər aparır, hansı ki, Bruno Alvesin və Lisandro Lopezin zərbələrini dəf edir və nəticədə alman komandası 1/4 finala yüksəlir. Bundan sonra Noyer UEFA-nın ən yaxşı klub qapıçısı short-listinə daxil edilir. Bu siyahıda o ən gənc kondidat və Bundesliqanın yeganə təmsilçisi olur. 2007/08 mövsümündə Noyer Almaniya çempionatında bütün matçları əvvəldən axıra kimi oynayan yeganə futbolçu idi.
2008/09 mövsümündə "Şalke 04" liqanı 8-ci yerdə bitirir və Avropa Liqasına vəsiqə qazana bilmir. Buna baxmayaraq Noyerin Avropa çempionatının gəncləri arasındakı gözəl çıxışı "Bavariyanın" diqqətini cəlb edir. Noyabrda isə o, UEFA versiyasına görə millidə oynamağa ən iddialı 5 qapıçı siyahısında yeganə alman olur.
2010/11 mövsümündə Noyer "Şalke 04"ün kapitanı olur və tarixdə ilk dəfə komandanı Çempionlar liqasının yarımfinalına çıxardır, həmçinin Almaniya kubokunu qazanır. Finalda "Şalke 04" "MSV Duisburg" üzərində 5:0 hesabıyla qələbə qazanır.
20 aprel 2011-ci ildə klub məlumat verdi ki, "Şalke" rəhbərliyi tərəfindən təkrar cəhdlərinə, o cümlədən məbləğin artırılmasına baxmayaraq, Noyer "Şalke 04" ilə 2011/12 sezonu ilə birlikdə bitən müqaviləsini uzatmayacaq.
2011–2012
1 iyun 2011-ci ildə "Şalke 04" və "Bavariya" təsdiqləyir ki, Noyer Münhen təmsilçisi ilə 18 milyon avro + 7 milyon dəyərində bonus Münhen klubundakı uğurlu çıxışına görə 5 illik müqavilə imzalayıb. Qapıçıya 22 mln. avro ödədilər və bu da onu Canluici Buffondan sonra tarixdə ikinci ən bahalı qapıçı etdi.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Jack Rollin. Manuel Peter Neuer (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
- 1 2 Manuel Neuer (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus. (İstifadə tarixi: 9 oktyabr 2017).
- 1 2 Store norske leksikon (buk.). ISSN 2464-1480. (İstifadə tarixi: 17 oktyabr 2026).
- 27 martda doğulanlar
- 1986-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Gelzenkirxendə doğulanlar
- Almaniya milli futbol komandasının oyunçuları
- Əlifba sırasına görə futbolçular
- Alman futbolçular
- Almaniya futbolçuları
- Almaniyada doğulanlar
- 2018 FİFA Dünya Kuboku futbolçuları
- 2022 FİFA Dünya Kuboku futbolçuları
- Regionalliqa futbolçuları
- Bundesliqa futbolçuları
- Almaniyanın kişi futbolçuları
- Bayern Münhen FK futbolçuları
- UEFA Çempionlar Liqasının qalib futbolçuları
- FİFA Dünya Kubokunun qalib futbolçuları
- UEFA Avro 2012 futbolçuları
- UEFA Avro 2016 futbolçuları
- 2010 FİFA Dünya Kuboku futbolçuları
- 2014 FİFA Dünya Kuboku futbolçuları
- Şalke 04 FK futbolçuları
- UEFA Avro 2020 futbolçuları
- UEFA Avro 2024 futbolçuları
- Almaniya U-21 milli futbol komandasının oyunçuları
- Kişi futbol qapıçıları
- 2026 FİFA Dünya Kuboku futbolçuları